Azərbaycan Türkiyədən mədən sənayesi məhsullarının idxalına çəkdiyi xərci 23 % artırıb

Biznes
  • 07 yanvar, 2025
  • 08:28
Azərbaycan Türkiyədən mədən sənayesi məhsullarının idxalına çəkdiyi xərci 23 % artırıb

2024-cü ildə Azərbaycan Türkiyədən 14,396 milyon ABŞ dolları dəyərində mədən sənayesi məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 22,9 % çoxdur.

Təkcə dekabrda isə Türkiyə Azərbaycana 1,332 milyon ABŞ dollarlıq mədən sənayesi məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 82,2 % çoxdur.

Hesabat dövründə Türkiyənin mədən sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 4,7 % artaraq 6,012 milyard ABŞ dollarına, dekabrda isə 5,8 % artaraq 536 milyon ABŞ dollarına çatıb.

44 filmi