Azərbaycan Türkiyədən mədən sənayesi məhsulları idxalını 61 % azaldıb

Biznes
  • 05 fevral, 2024
  • 07:29
Azərbaycan Türkiyədən mədən sənayesi məhsulları idxalını 61 % azaldıb

Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 496 min ABŞ dolları dəyərində mədən sənayesi məhsulları idxal edib.

“Report” bu barədə Türkiyə Ticarət Nazirliyinə istinadən xəbər verir.

Bu, ötən ilin eyni dövrünə nisbətən 60,8 % azdır. Türkiyənin Azərbaycana mədən sənayesi məhsulları ixracı ümumi ixracının 0,3 %-ni təşkil edib.

Hesabat dövründə Türkiyənin ümumi mədən sənayesi məhsulları ixracının dəyəri illik müqayisədə 1,2 % artaraq 0,446 milyard ABŞ dollarına çatıb. Ötən ay Türkiyədən ən çox mədən sənayesi məhsulları idxalını Çin (139 milyon ABŞ dolları; illik müqayisədə 9,4 % çox), ABŞ (38 milyon ABŞ dolları; illik müqayisədə 36,8 % çox) və Bolqarıstan (23 milyon ABŞ dolları; illik müqayisədə 55 % çox) həyata keçirib.