Azərbaycan Türkiyədən mədən məhsullarının alışını 5 % artırıb

Biznes
  • 19 avqust, 2023
  • 09:58
Azərbaycan Türkiyədən mədən məhsullarının alışını 5 % artırıb

Bu ilin yanvar-iyul aylarında Türkiyədən Azərbaycana 7 milyon 184 min ABŞ dolları dəyərindən mədən sənayesi məhsulları ixrac olunub.

“Report” Türkiyənin İxracatçılar Məclisinə istinadla xəbər verir ki, bu ötən ilin müvafiq dövrünə nisbətən 4,7 % çoxdur.

Həmçinin cari ilin iyulunda Türkiyədən ölkəmizə 775 min ABŞ dolları dəyərində mədən sənayesi məhsulları gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 33,9 % azdır.