Azərbaycan Türkiyədən mebel və kağız məhsulları idxalını cüzi azaldıb
- 09 aprel, 2022
- 13:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycan Türkiyədən 30,784 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları idxal edib.
“Report” “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) statistik məlumatlarında qeyd olunub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % azdır.
Təkcə bu ilin mart ayında isə Türkiyə Azərbaycana 10,195 milyon ABŞ dollarlıq mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 16,6 % azdır.
Bu ilin ilk 3 ayında Türkiyənin ümumi mebel, kağız və meşə məhsulları ixracının dəyəri illik müqayisədə 27,8 % artaraq 1,933 milyard ABŞ dollara, mart ayında isə mebel, kağız və meşə məhsulları ixracının dəyəri 29,7 % artaraq 752,9 milyon ABŞ dollarına çatıb.