Azərbaycan Türkiyədən mebel idxalına çəkdiyi xərci 12 % artırıb

Biznes
  • 09 may, 2025
  • 15:01
Azərbaycan Türkiyədən mebel idxalına çəkdiyi xərci 12 % artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 44 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12 % çoxdur.

Təkcə apreldə isə Türkiyə Azərbaycana 12,266 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 14,2 % çoxdur.

4 ayda Türkiyənin mebel, kağız və meşə məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 0,1 % azalaraq 2,51 milyard ABŞ dollarına, apreldə isə 6,7 % artaraq 622 milyon ABŞ dollarına çatıb.

44 filmi