Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci cüzi artırıb
- 13 sentyabr, 2024
- 12:02
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 1 milyard 435,745 milyon ABŞ dolları dəyərində mal idxal edib.
“Report” Türkiyənin Ticarət Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 0,4 % çoxdur.
8 ay ərzində Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 1 %-ni təşkil edib.
Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 2,6 % artaraq 146 milyard 985,301 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı Almaniya (11,984 milyard ABŞ dolları; 1 il əvvələ nisbətən 3,7 % az), ABŞ (8,785 milyard ABŞ dolları; 8,7 % çox), İngiltərə (8,228 milyard ABŞ dolları; 10,8 % çox) və İtalya (7,646 milyard ABŞ dolları; 6,1 % çox) həyata keçirib.
Təkcə avqustda isə Türkiyədən Azərbaycana 197,996 milyon dollarlıq mal ixrac edilib ki, bu da illik müqayisədə 12,1 % çoxdur. Türkiyənin Azərbaycana aylıq ixracı ümumi ixracının 1 %-i qədər olub.