Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci azaldıb

Biznes
  • 03 yanvar, 2025
  • 13:58
Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci azaldıb

Ötən il Azərbaycan Türkiyədən 2 milyard 349,324 milyon ABŞ dolları dəyərində mal idxal edib.

“Report” Türkiyənin Ticarət Nazirliyinə istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 2,4 % azdır.

Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 1 %-ni təşkil edib.

Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 2,1 % artaraq 226 milyard 066,207 milyon ABŞ dollarına çatıb.

Türkiyədən ən çox idxalı Almaniya (18,103 milyard ABŞ dolları; 1 il əvvələ nisbətən 1,9 % az), ABŞ (13,445 milyard ABŞ dolları; 10,3 % çox), İngiltərə (12,691 milyard ABŞ dolları; 11 % çox) və İtalya (11,993 milyard ABŞ dolları; 7,9 % çox) həyata keçirib.

Təkcə dekabrda Türkiyədən Azərbaycana 308,127 milyon ABŞ dollarlıq mal ixrac edilib ki, bu da illik müqayisədə 13,7 % azdır. Türkiyənin Azərbaycana aylıq ixracı da ümumi ixracının 1,5 %-i qədər olub.