Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci azaldıb

Biznes
  • 05 dekabr, 2024
  • 06:17
Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 2 milyard 41,684 milyon ABŞ dolları dəyərində mal idxal edib.

“Report” Türkiyənin Ticarət Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 0,4 % azdır.

Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 1 %-ni təşkil edib.

Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 2,1 % artaraq 206 milyard 026,084 milyon ABŞ dollarına çatıb.

Türkiyədən ən çox idxalı Almaniya (16,657 milyard ABŞ dolları; 1 il əvvələ nisbətən 1,9 % az), ABŞ (12,285 milyard ABŞ dolları; 9,8 % çox), İngiltərə (11,642 milyard ABŞ dolları; 12,2 % çox) və İtalya (10,877 milyard ABŞ dolları; 7,2 % çox) həyata keçirib.

Təkcə noyabrda Türkiyədən Azərbaycana 196,112 milyon ABŞ dollarlıq mal ixrac edilib ki, bu da illik müqayisədə 17,1 % azdır. Türkiyənin Azərbaycana aylıq ixracı da ümumi ixracının 1 %-i qədər olub.

44 filmi