Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 13 %-ə yaxın artırıb

Biznes
  • 04 iyun, 2025
  • 16:51
Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 13 %-ə yaxın artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 998,530 milyon ABŞ dolları dəyərində mal idxal edib.

“Report” Türkiyənin Ticarət Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 12,7 % çoxdur.

5 ayda Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 1 %-ni təşkil edib.

Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 4 % artaraq 96 milyard 197,383 milyon ABŞ dollarına çatıb.

Türkiyədən ən çox idxalı Almaniya (8,154 milyard ABŞ dolları; 1 il əvvələ nisbətən 7 % çox), İngiltərə (5,498 milyard ABŞ dolları; 11,5 % çox), ABŞ (5,365 milyard ABŞ dolları; 2,4 % az) və İtalya (5,337 milyard ABŞ dolları; 7,5 % çox), və həyata keçirib.

Təkcə mayda isə Türkiyədən Azərbaycana 300,661 milyon ABŞ dollar dəyərində mal ixrac edilib ki, bu da illik müqayisədə 55,4 % çoxdur.

Türkiyənin Azərbaycana aylıq ixracı ümumi ixracının 1,4 %-i qədər olub.

44 filmi