Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 1 %-ə yaxın artırıb
- 06 may, 2025
- 09:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 698,159 milyon ABŞ dolları dəyərində mal idxal edib.
“Report” Türkiyənin Ticarət Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 0,8 % çoxdur.
4 ayda Türkiyənin Azərbaycana ixracı onun ümumi ixracının 0,9 %-ni təşkil edib.
Hesabat dövründə Türkiyənin ümumi ixracının dəyəri illik müqayisədə 4,2 % artaraq 74 milyard 687,407 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı Almaniya (6,326 milyard ABŞ dolları; 1 il əvvələ nisbətən 6,9 % çox), İtalya (4,178 milyard ABŞ dolları; 7 % çox), İngiltərə (4,152 milyard ABŞ dolları; 8,6 % çox) və ABŞ (4,102 milyard ABŞ dolları; 1,4 % az) həyata keçirib.
Təkcə apreldə isə Türkiyədən Azərbaycana 203,343 milyon ABŞ dollar dəyərində mal ixrac edilib ki, bu da illik müqayisədə 12,4 % çoxdur.
Türkiyənin Azərbaycana aylıq ixracı ümumi ixracının 1,1 %-i qədər olub.