Azərbaycan Türkiyədən kirəmit alışını 50 % artırıb
Biznes
- 03 noyabr, 2023
- 09:49
Bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrdən 1,03 milyon ABŞ dolları dəyərində 1 milyon 47 min ədəd kirəmit (damüstü materiallar) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 75 %, kəmiyyət olaraq – 47 % çoxdur.
Azərbaycan Türkiyədən 1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 80 % çoxdur) 1 milyon 38 min ədəd (+51 %), Serbiyadan 5,92 min ABŞ dolları dəyərində 1,47 min ədəd və İrandan 2,97 min ABŞ dolları dəyərində (-50 %) 7,42 min ədəd (-50 %) kirəmit alıb.
2022-ci ildə Azərbaycana (7 ölkədən) idxal edilmiş 1 milyon 28 min ədəd kirəmitin 94,3 %-i Türkiyənin payına düşüb.
Son xəbərlər
15:55
Premyer Liqanın XV turunda "İmişli" "Karvan-Yevlax"la heç-heçəyə razılaşıb
Futbol15:52
Azərbaycanın İKT sektorunda məhsul istehsalı 8 % artıb
İKT15:51
"Aqrar Tədarük və Təchizat" sığortaçı seçib
Maliyyə15:51
"Bavariya"nın qapıçısı zədələnib
Futbol15:50
Berlində Ukrayna və ABŞ arasında danışıqların ikinci raundu başlayıb
Digər ölkələr15:39
Ağdamda velosipeddən yıxılan 9 yaşlı uşaq ölüb
Hadisə15:38
Foto
BP və ADA Universiteti məktəblilərlə bağlı mühüm sosial layihəyə dəstək olub
Energetika15:37
Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Xarici siyasət15:28