Azərbaycan Türkiyədən kimyəvi maddələrin idxalına çəkdiyi xərci 3 % artırıb

Biznes
  • 05 dekabr, 2023
  • 08:51
Azərbaycan Türkiyədən kimyəvi maddələrin idxalına çəkdiyi xərci 3 % artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 451,175 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsullar idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,6 % çoxdur.

Təkcə noyabrda isə Türkiyə Azərbaycana 41,348 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsullar ixrac edib ki, bu da illik müqayisədə 9,3 % azdır.

11 ayda Türkiyənin kimyəvi maddələr və məhsulları ixracının ümumi dəyəri 1 il əvvələ nisbətən 9,6 % azalaraq 27,862 milyard ABŞ dollarına düşüb, təkcə noyabr ayında isə bu məhsulların ixracının dəyəri 11,9 % artaraq 2,879 milyard ABŞ dollarına çatıb.

44 filmi