Azərbaycan Türkiyədən kimyəvi maddə tədarükünü 8%-dən çox artırıb
- 13 iyul, 2022
- 13:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 238,343 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsulları idxal edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi (TİM) məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 % çoxdur.
Təkcə bu ilin iyun ayında isə Türkiyə Azərbaycana 46,420 milyon ABŞ dollarlıq dəyərində kimyəvi maddələr və məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 23,7 % çoxdur.
Bu ilin ilk 6 ayında Türkiyənin ümumi dəyərində kimyəvi maddələr və məhsulları ixracının dəyəri illik müqayisədə 39,8 % artaraq 16,748 milyard ABŞ dollarına, iyun ayında isə dəyərində kimyəvi maddələr və məhsulları ixracının dəyəri 34,6 % artaraq 3,190 milyard ABŞ dollarına çatıb.