Azərbaycan Türkiyədən kimyəvi maddə idxalına çəkdiyi xərci 1 %-dən çox artırıb

Biznes
  • 15 avqust, 2025
  • 12:43
Azərbaycan Türkiyədən kimyəvi maddə idxalına çəkdiyi xərci 1 %-dən çox artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 304,215 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsullar idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 % çoxdur.

Təkcə iyulda isə Türkiyə Azərbaycana 44,473 milyon dollarlıq kimyəvi maddələr və məhsullar ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 8,8 % azdır.

7 ayda Türkiyənin kimyəvi maddələr və məhsullar ixracının ümumi dəyəri illik müqayisədə 4,5 % artaraq 19 milyard 203 milyon ABŞ dolları, iyulda isə 32,9 % azalaraq 3 milyard 434 milyon ABŞ dolları olub.