Azərbaycan Türkiyədən geyim məhsulları idxalına çəkdiyi xərci 35 % azaldıb

Biznes
  • 04 mart, 2024
  • 11:54
Azərbaycan Türkiyədən geyim məhsulları idxalına çəkdiyi xərci 35 % azaldıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 10,085 milyon ABŞ dolları dəyərində geyim məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 % azdır.

Təkcə fevralda isə Türkiyə Azərbaycana 5,342 milyon ABŞ dolları dəyərində geyim məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 22,7 % azdır.

2 ayda Türkiyənin geyim məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 8,6 % azalaraq 2 924,2 milyon ABŞ dollarına, fevralda isə 4,6 % azalaraq 1 503,5 milyon ABŞ dollarına düşüb.