Azərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərci 36 %-dək artırıb
- 08 iyul, 2023
- 10:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 39,815 milyon ABŞ dolları dəyərində geyim məhsulları idxal edib.
“Report” bu barədə Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verrir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,7 % çoxdur.
Təkcə iyunda isə Türkiyə Azərbaycana 6,078 milyon ABŞ dolları dəyərində geyim məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 33,2 % çoxdur.
6 ayda Türkiyənin geyim məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 7,2 % azalaraq 10,011 milyard ABŞ dollarına düşüb, iyun ayında isə 15,6 % azalaraq 1,660 milyard ABŞ dollarına çatıb.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 1 milyard 086,639 milyon ABŞ dolları dəyərində əmtəə və xidmət idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 % çoxdur.
Təkcə iyun ayında isə Türkiyənin Azərbaycana ixracının dəyəri 172,388 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 6,1 % azdır.