Azərbaycan Türkiyədən gavalı və göyəm alışını 5 dəfə artırıb
- 15 avqust, 2024
- 08:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I yarsında Azərbaycan 89 min ABŞ dolları dəyərində 29,6 ton gavalı və göyəm idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 65 %, kəmiyyət olaraq – 2,7 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 50 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5 dəfə çoxdur) 24,7 ton (+5 dəfə), Cənubi Afrikadan 38,2 min ABŞ dolları dəyərində (-2 %) 4,8 ton (-2 %), Çilidən 0,6 min ABŞ dolları dəyərində (-73 %) 0,07 ton (-75 %), İrandan 0,1 min ABŞ dolları dəyərində (-96 %) 0,02 ton (-96 %) və Çindən 0,06 min ABŞ dolları dəyərində 0,01 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
2023-cü ildə Azərbaycana 5 ölkədən idxal edilmiş 43,6 ton gavalı və göyəmin 40 %-i İranın, 36,7 %-i Rusiyanın payına düşüb.