Azərbaycan Türkiyədən ərik alışını kəskin artırıb
- 17 sentyabr, 2024
- 11:55
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 3,6 milyon ABŞ dolları dəyərində 2 607 ton ərik (təzə) idxal edilb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7 dəfə, kəmiyyət olaraq – 6,2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Özbəkistandan 2,2 milyon ABŞ dolları dəyərində 1 min 454 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 1,3 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,6 dəfə çoxdur) 1 min ton (+2,6 dəfə), Tacikistandan 83 min ABŞ dolları dəyərində 82,6 ton (bir il əvvəl tədarük olmayıb), Cənubi Afrikadan 1,2 min ABŞ dolları dəyərində (-44 %) 0,15 ton (-44 %) məhsul alıb.
2023-cü ildə Azərbaycana idxal edilmiş 436,71 ton əriyin 99,8 %-i Türkiyənin payına düşüb.