Azərbaycan Türkiyədən elektrikli velosiped alışını bərpa edib
- 11 noyabr, 2023
- 10:57
2023-cü ilin ilk 8 ayında Azərbaycana 1,14 milyon ABŞ dolları dəyərində 2 min 881 ədəd elektrik mühərrikli velosiped idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24 % çoxdur, kəmiyyət olaraq – 29 % azdır.
Azərbaycana Çindən 1,03 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14 % çoxdur) 2 min 741 ədəd (-32 %), Türkiyədən 80,66 min ABŞ dolları dəyərində 134 ədəd, Almaniyadan 22,71 min ABŞ dolları dəyərində (+8,8 dəfə) 2 ədəd (+2 dəfə) və Yaponiyadan 0,68 min ABŞ dolları dəyərində (-28 %) 4 ədəd (-33 %) adıçəkilən nəqliyyat vasitələri alıb.
Azərbaycan 1 il 9 aylıq fasilənin ardından Türkiyədən elektrikli velosiped tədarükünü bərpa edib.