Azərbaycan Türkiyədən elektrik və elektronika məhsullarının idxalını 24 % artırıb

Biznes
  • 04 sentyabr, 2023
  • 12:49
Azərbaycan Türkiyədən elektrik və elektronika məhsullarının idxalını 24 % artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 168,536 milyon ABŞ dolları dəyərində elektrik və elektronika məhsulları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatında deyilir.

Məlumata görə, bu, 2022-ci ilin eyni dövrün göstəricisi ilə müqayisədə 23,8 % çoxdur.

Təkcə avqust ayında Türkiyə Azərbaycana 20,697 milyon ABŞ dolları dəyərində elektrik və elektronika məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 32,3 % çoxdur.

Bu ilin 8 ayında Türkiyənin ümumi elektrik və elektronika məhsulları ixracının dəyəri illik müqayisədə 10,2 % artaraq 10,593 milyard ABŞ dollarına, avqust ayında isə 11,9 % artaraq 1,402 milyard ABŞ dollarına çatıb.