Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci 12 %-ə yaxın azaldıb

Biznes
  • 06 dekabr, 2024
  • 13:45
Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci 12 %-ə yaxın azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 205,724 milyon ABŞ dolları dəyərində elektrik məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 % azdır.

Təkcə noyabrda isə Türkiyə Azərbaycana 16,544 milyon ABŞ dolları dəyərində elektrik məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 30,8 % çoxdur.

11 ayda Türkiyənin elektrik məhsulları ixracının dəyəri illik müqayisədə 3 % artaraq 15,206 milyard ABŞ dollarına, noyabr ayında isə 5,2 % artaraq 1,455 milyard ABŞ dollarına çatıb.