Azərbaycan Türkiyədən elektrik mallarının idxalı xərclərini kəskin artırıb

Biznes
  • 21 iyun, 2022
  • 11:06
Azərbaycan Türkiyədən elektrik mallarının idxalı xərclərini kəskin artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 87,208 milyon ABŞ dolları dəyərində elektrik və elektronika məhsulları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi (TİM) məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,7 % çoxdur.

Təkcə bu ilin may ayında isə Türkiyə Azərbaycana 17,844 milyon ABŞ dollarlıq elektrik və elektronika məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 70,5 % çoxdur.

Bu ilin ilk 5 ayında Türkiyənin ümumi elektrik və elektronika məhsullarının ixracının dəyəri illik müqayisədə 7,7 % artaraq 5,991 milyard ABŞ dollara, may ayında isə bu məhsulların ixracının dəyəri 2,8 % azalaraq 1,068 milyard ABŞ dollarına düşüb.