Azərbaycan Türkiyədən dondurulmuş tərəvəz alışını 5 dəfə artırıb
- 10 sentyabr, 2024
- 10:29
Bu ilin I yarısında Azərbaycan 261,3 min ABŞ dolları dəyərində 148,55 ton dondurulmuş tərəvəz (ispanaq, şəkər qarğıdalısı, kartof, noxud, lobya və s.) idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 14 %, kəmiyyət olaraq – 15 % azdır.
Hesabat dövründə Azərbaycan Çindən 88 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 36 % azdır) 58 ton (-27 %), Polşadan 80 min ABŞ dolları dəyərində (+54 %) 40 ton (+38 %), Türkiyədən 36 min ABŞ dolları dəyərində (+3,3 dəfə) 24 ton (+5 dəfə), Fransadan 20 min ABŞ dolları dəyərində (+5 dəfə) 10 ton (+4,5 dəfə), Belçikadan 10 min ABŞ dolları dəyərində (-87 %) 6,5 ton (-88 %) məhsul alıb.
2023-cü ildə Azərbaycana 15 ölkədən idxal edilmiş 136 ton dondurulmuş tərəvəzin 62 %-i Polşanın payına düşüb.