Azərbaycan Türkiyədən dəri tədarükünə çəkdiyi xərci 7 % azaldıb

Biznes
  • 05 oktyabr, 2023
  • 11:08
Azərbaycan Türkiyədən dəri tədarükünə çəkdiyi xərci 7 % azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 15,26 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7 % azdır.

Təkcə sentyabrda isə Türkiyə Azərbaycana 2,133 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 19,2 % azdır.

9 ayda Türkiyənin dəri və dəri məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 2,9 % azalaraq 1 milyard 487,816 milyon ABŞ dollarına, sentyabr ayında isə 23,9 % azalaraq 159,574 milyon ABŞ dollarına çatıb.