Azərbaycan Türkiyədən dəri tədarükünə çəkdiyi xərci 69 % azaldıb
- 03 fevral, 2024
- 06:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 0,622 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib.
“Report” bu barədə Türkiyə Ticarət Nazirliyinə istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrünə nisbətən 69 % azdır. Türkiyənin Azərbaycana dəri və dəri məhsulları ixracı ümumi ixracının 0,4 %-ni təşkil edib.
Hesabat dövründə Türkiyənin ümumi dəri və dəri məhsulları ixracının dəyəri illik müqayisədə 13,1 % azalaraq 93,9 milyon ABŞ dollarına düşüb. Ötən ay Türkiyədən ən çox dəri və dəri məhsulları idxalını Almaniya (10,9 milyon ABŞ dolları; illik müqayisədə 8,7 % az), İtaliya (8,7 milyon ABŞ dollar; 22,2 % az), Fransa (7 milyon ABŞ dolları; 2,8 % çox), və İraq (5,9 milyon ABŞ dolları; 35,6 % çox) həyata keçirib.