Azərbaycan Türkiyədən dekorativ bitki alışına çəkdiyi xərci 8 % artırıb

Biznes
  • 17 iyun, 2024
  • 12:18
Azərbaycan Türkiyədən dekorativ bitki alışına çəkdiyi xərci 8 % artırıb

Bu ilin yanvar-may aylarında Türkiyədən Azərbaycana 8 milyon 110 min ABŞ dolları dəyərində dekorativ bitki ixrac olunub.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 8 % çoxdur.

Həmçinin cari ilin may ayında Türkiyədən ölkəmizə 1 milyon 100 min ABŞ dolları dəyərində dekorativ bitki gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 9,1 % azdır.

44 filmi