Azərbaycan Türkiyədən daha 25 minibüs alıb

Biznes
  • 11 iyun, 2022
  • 05:25
Azərbaycan Türkiyədən daha 25 minibüs alıb

Türkiyənin “Anadolu Isuzu” şirkəti Azərbaycana 25 ədəd “Isuzu Novoultra” minibuslarını təhvil verib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, minibusları Azərbaycanın Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi satın alıb.

Qeyd edək ki, bununla da, “Anadolu Isuzu” 2008-ci ildən fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycana ümumilikdə 1 121 avtomobil tədarük edib.

“Anadolu Isuzu” hazırda 45 ölkədə fəaliyyət göstərir.

44 filmi