Azərbaycan Türkiyədən cilalanmış şüşə idxalını 73 dəfə artırıb

Biznes
  • 28 avqust, 2024
  • 09:48
Azərbaycan Türkiyədən cilalanmış şüşə idxalını 73 dəfə artırıb

Bu ilin yanvar-iyunI aylarında Azərbaycan 7 milyon ABŞ dolları dəyərində 1 milyon 658 min kvadratmetr cilalanmış şüşə idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 36 %, kəmiyyət olaraq – 70 % çoxdur.

Hesabat dövründə Azərbaycan İrandan 4,44 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 59 % çoxdur) 1 milyon 119 min kvadratmetr (+2,1 dəfə), Rusiyadan 2,51 milyon ABŞ dolları dəyərində (+18 %) 513 min kvadratmetr (+35 %), Türkiyədən 40,1 min ABŞ dolları dəyərində (+22 dəfə) 10,61 min kvadratmetr (+73 dəfə), Qazaxıstandan 34,55 min ABŞ dolları dəyərində 13,82 min kvadratmetr (bir il əvvəl tədarük olmayıb) və Çindən 22,7 min ABŞ dolları dəyərində (+64 %) 2,43 min kvadratmetr (+29 %) məhsul alınıb.

2023-cü ildə Azərbaycana idxal edilmiş 2 min 351 ton cilalanmış şüşənin 66,3 %-i İranın payına düşüb.