Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına xərclərini 2 dəfə artırıb
- 09 aprel, 2022
- 13:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycan Türkiyədən 41,704 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib.
“Report” “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) statistik məlumatlarında qeyd olunub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.
Təkcə bu ilin mart ayında isə Türkiyə Azərbaycana 17,543 milyon ABŞ dollarlıq avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 3,6 dəfə çoxdur.
Bu ilin ilk 3 ayında Türkiyənin ümumi avtomobil sənayesi məhsulları ixracının dəyəri illik müqayisədə 2,7 % azalaraq 7,479 milyard ABŞ dollarına, mart ayında isə avtomobil sənayesi məhsulları ixracının dəyəri 6,7 % azalaraq 2,695 milyard ABŞ dollarına düşüb.