Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci azaldıb

Biznes
  • 04 sentyabr, 2023
  • 09:31
Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 70,487 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 34,4 % azdır.

Təkcə avqust ayında isə Türkiyə Azərbaycana 10,420 milyon ABŞ dollarlı dəyərində avtomobil sənayesi məhsullarını ixrac edib ki, bu da illik müqayisədə 7,8 % azdır.

8 ayda Türkiyənin avtomobil sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 16,6 % artaraq 22,802 milyard ABŞ dollarına, avqust ayında isə 20,9 % artaraq 2,739 milyard ABŞ dollarına çatıb.