Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci 28 % azaldıb

Biznes
  • 06 dekabr, 2023
  • 13:40
Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci 28 % azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 101,509 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,2 % azdır.

Təkcə noyabrda isə Türkiyə Azərbaycana 10,554 milyon ABŞ dollarlı dəyərində avtomobil sənayesi məhsullarını ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 14,9 % azdır.

11 ayda Türkiyənin avtomobil sənayesi məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 14,4 % artaraq 31,831 milyard ABŞ dollarına, noyabrda isə 10,4 % artaraq 3,172 milyard ABŞ dollarına çatıb.