Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci 26 % azaldıb
- 05 fevral, 2024
- 13:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 5,681 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib.
“Report” bu barədə Türkiyə Ticarət Nazirliyinə istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrünə nisbətən 26,4 % azdır. Türkiyənin Azərbaycana avtomobil sənayesi məhsulları ixracı ümumi ixracının 3,9 %-ni təşkil edib.
Hesabat dövründə Türkiyənin ümumi avtomobil sənayesi məhsulları ixracının dəyəri illik müqayisədə 2,5 % artaraq 2,780 milyard ABŞ dollarına çatıb. Ötən ay Türkiyədən ən çox avtomobil sənayesi məhsulları idxalını Almaniya (416,7 milyon ABŞ dolları; illik müqayisədə 1,3 % çox), Böyük Britaniya (333,9 milyon ABŞ dolları; illik müqayisədə 11 % çox) və Fransa (272 milyon ABŞ dolları; illik müqayisədə 4,1 % az) həyata keçirib.