Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsullarının idxalı xərclərini 2 dəfə artırıb
- 04 iyun, 2022
- 07:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 80,078 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib.
“Report” “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi (TİM) məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.
Təkcə bu ilin may ayında isə Türkiyə Azərbaycana 10,004 milyon ABŞ dollarlıq avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 58,4 % çoxdur.
Bu ilin ilk 5 ayında Türkiyənin ümumi avtomobil sənayesi məhsulları ixracının dəyəri illik müqayisədə 3,8 % artaraq 12,491 milyard ABŞ dollarına, may ayında isə avtomobil sənayesi məhsulları ixracının dəyəri 22,4 % artaraq 2,301 milyard ABŞ dollarına çatıb.