Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsulları idxalını 2 dəfə artırıb

Biznes
  • 16 iyul, 2022
  • 11:11
Azərbaycan Türkiyədən avtomobil sənayesi məhsulları idxalını 2 dəfə artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 91,197 milyon ABŞ dolları dəyərində avtomobil sənayesi məhsulları idxal edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi (TİM) məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 125,7 % və ya 2,3 dəfə çoxdur.

Təkcə bu ilin iyun ayında isə Türkiyə Azərbaycana 11,119 milyon ABŞ dollarlıq dəyərində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da, illik müqayisədə 69,5 % çoxdur.

Bu ilin ilk 6 ayında Türkiyənin ümumi dəyərində avtomobil sənayesi məhsulları ixracının dəyəri illik müqayisədə 6,1 % artaraq 15,261 milyard ABŞ dollarına, iyun ayında isə dəyərində avtomobil sənayesi məhsulları ixracının dəyəri 17,9 % artaraq 2,771 milyard ABŞ dollarına çatıb.