Azərbaycan Türkiyədən ananas şirəsi tədarük etməyə başlayıb

Biznes
  • 29 sentyabr, 2023
  • 13:18
Azərbaycan Türkiyədən ananas şirəsi tədarük etməyə başlayıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 263 min ABŞ dolları dəyərində 120 ton ananas şirəsi idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2,7 dəfə, kəmiyyət olaraq – 71 % çoxdur.

Hesabat dövründə Azərbaycan İsraildən 191 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 4,3 dəfə çoxdur) 81,4 ton (+4,1 dəfə), Türkiyədən 27,2 min ABŞ dolları dəyərində 4,1 ton, Rusiyadan 31,5 min ABŞ dolları dəyərində (-24 %) 26,1 ton (-35 %), Kosta-Rikadan 7,1 min ABŞ dolları dəyərində (+70 dəfə) 4,8 ton (+160 dəfə), Belarusdan 3,2 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 3 ton (+72 %) ananas alıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Türkiyədən tədarük həyata keçirilib.