Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın investisiya qoyub

Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın investisiya qoyub 1995-ci ildən bu il iyulun 1-nə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 19,9 milyard ABŞ dolları investisiya yatırıb.
Biznes
21 Dekabr , 2023 10:45
Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın investisiya qoyub

1995-ci ildən bu il iyulun 1-nə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 19,9 milyard ABŞ dolları investisiya yatırıb.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın xarici ölkələrə investisiya qoyuluşunun məbləğinə görə Türkiyə 1-ci yerdədir: "Bu, ölkələrimiz arasında investisiya tərəfdaşlığının inkişafının əyani göstəricisidir. evindirici haldır ki, Azərbaycanda qeyri-neft-qaz sektoruna investisiya yatıran ölkələr sırasında Türkiyə 1-ci yerdə qərarlaşıb".

Bundan başqa, nazir qeyd edib ki, bu ilin yanvar-noyabr aylarında iki ölkənin ticarət dövriyyəsinin dəyəri 7,2 milyard ABŞ dollarından çox olub: "Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33 % çoxdur".

Son xəbərlər

Orphus sistemi