Azərbaycan türkdilli dövlətləri ilə birgə investisiya imkanlarını müzakirə edib

Azərbaycan türkdilli dövlətləri ilə birgə investisiya imkanlarını müzakirə edib Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv olan ölkələri ilə birgə investisiya imkanları barədə müzakirə aparıb.
Biznes
15 Sentyabr , 2023 17:37
Azərbaycan türkdilli dövlətləri ilə birgə investisiya imkanlarını müzakirə edib

Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv olan ölkələri ilə birgə investisiya imkanları barədə müzakirə aparıb.

Bu barədə "Report" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. Müzakirələr İstanbulda Dünya Türk Biznes Şurasının (DTİK) 10-cu Qurultayının açılış mərasimi çərçivəsində “Türk Dövlətləri Təşkilatı ilə 5 Dövlət 1 Diaspor” sessiyası zamanı aparılıb.

Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin rəsmilərinin, biznes dairələri və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı tədbirdə həmçinin iqtisadi əməkdaşlıq, təşkilata üzv ölkələrin diaspor təşkilatları arasında tərəfdaşlığın genişləndirilməsi barədə müzakirə aparılıb.

Sessiyada iştirak edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ölkəmizdə əlverişli işgüzar mühit, özəl sektorun inkişafı, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialı, TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb, sualları cavablandırıb.

Son xəbərlər

Orphus sistemi