Azərbaycan Ticarət Evi hər il Belarusa 1 milyon dollarlıq mal satır

Azərbaycan Ticarət Evi hər il Belarusa 1 milyon dollarlıq mal satır Azərbaycan Ticarət Evi hər il Belarusa təxminən 1 milyon ABŞ dolları məbləğində mal tədarük edir.
Biznes
4 Oktyabr , 2024 17:08
Azərbaycan Ticarət Evi hər il Belarusa 1 milyon dollarlıq mal satır

Azərbaycan Ticarət Evi hər il Belarusa təxminən 1 milyon ABŞ dolları məbləğində mal tədarük edir.

“Report” BELTA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə “Azərbaycan Ticarət Evi” MMC-nin təsisçisi Vasif İsmayılov məlumat verib.

Onun sözlərinə görə, Ticarət Evi 2017-ci ildə açılıb və Belarus bazarını uğurla mənimsəyir. O əlavə edib ki, Ticarət Evi pərakəndə satışla məşğul olmaqdan daha çox Belarusun ticarət şəbəkələri ilə mağazalara məhsul tədarükü haqqında müqavilələr imzalayır.

“Demək olar ki, Belarusun bütün mağazalarında Azərbaycan malları var. Hər il Belarusa 1 milyon ABŞ dollarına yaxın məbləğdə mal gətirilir”, – o bildirib.

Təsisçinin sözlərinə görə, belaruslular nar şərabını çox bəyəniblər, lakin məhsulların siyahısı genişlənir.

Belarusun Baş naziri Roman Qolovçenko Azərbaycanın Baş naziri Əli Əsədovun başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə sahəsi 540 kv.m olan Ticarət Evinin ekspozisiyası ilə tanış olub. Burada Azərbaycanın 20-dən çox müəssisəsinin məhsulları nümayiş etdirilir. Çeşidlərə şərab, konyak, brendi, çay, şirə, konserv, kabel məhsulları, xalça, ipək, tekstil və kosmetika daxildir.

Son xəbərlər

Orphus sistemi