Azərbaycan telekommunikasiya sektorunda Avropa standartlarını tətbiq edəcək

Azərbaycan telekommunikasiya sektorunda Avropa standartlarını tətbiq edəcək İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) və Avropa Telekommunikasiya Standartlaşdırma İnstitutu (ETSl) arasında əməkdaşlığa dair müqavilə imzala
Biznes
27 İyul , 2023 10:11
Azərbaycan telekommunikasiya sektorunda Avropa standartlarını tətbiq edəcək

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) və Avropa Telekommunikasiya Standartlaşdırma İnstitutu (ETSl) arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

"Report" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Müqaviləyə əsasən, AZSTAND ETSl-nin rəsmi nəşrlərini yaymaq hüququnu əldə edib. Bu standartların tətbiqi informasiya-kommunikasiya sahəsində qabaqcıl texnologiyalar, o cümlədən mobil rabitə, mobil radio və smart kart tipli sistemlərin tələblərinin formalaşmasına töhfə verəcək.

ETSI-ni 1988-ci ildə Avropa Poçt və Telekommunikasiya Təşkilatı (CEPT) təsis edib və onu rəsmi olaraq Avropa Komissiyası və Avropa Azad Ticarət Assosiasiyası (EFTA) tanıyıb. ETSI-nin nəşr etdiyi standartların sayı 30 000-dən çoxdur. Onun Avropa İttifaqı ölkələri də daxil olmaqla 65 ölkədən 900-dən çox üzvü var.

Son xəbərlər

Orphus sistemi