Azərbaycan Tanzaniya və Papua-Yeni Qvineyadan qəhvə alışını bərpa edib

Biznes
  • 17 yanvar, 2024
  • 11:44
Azərbaycan Tanzaniya və Papua-Yeni Qvineyadan qəhvə alışını bərpa edib

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana 3,7 milyon ABŞ dolları dəyərində 396 ton qəhvə idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 25 %, kəmiyyət olaraq – 26 % çoxdur.

Hesabat dövründə Azərbaycan İtaliyadan 1,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 13 % çoxdur) 84 ton (+4 %), Braziliyadan 622 min ABŞ dolları dəyərində (+87 %) 120 ton (+2,2 dəfə), Türkiyədən 597 min ABŞ dolları dəyərində (+17 %) 65 ton (-2 %), Niderlanddan 247 min ABŞ dolları dəyərində (+2 dəfə) 20 ton (+2 dəfə), Rusiyadan 168 min ABŞ dolları dəyərində (-16 %) 22,4 ton (-19 %) məhsul alıb.

Azərbaycan 4 il 7 ayın tamamında Papua-Yeni Qvineyadan (0,8 min ABŞ dolları dəyərində 0,06 ton) və 4 il 6 aylıq fasilənin ardından Birləşmiş Tanzaniya Respublikasından (0,5 min ABŞ dolları dəyərində 0,06 ton) tədarükü bərpa edib.

2022-ci ildə Azərbaycana (42 ölkədən) idxal edilmiş 405 ton qəhvənin 24,7 %-i İtaliyanın, 23 %-i Türkiyənin, 18 %-i Braziliyanın payına düşüb.

44 filmi