Azərbaycan Tailanddan zəncəfil tədarükünü bərpa edib
- 29 noyabr, 2023
- 08:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 500 min ABŞ dolları dəyərində 223 ton zəncəfil idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 24 %, kəmiyyət olaraq – 27 % azdır.
Hesabat dövründə Azərbaycan Braziliyadan 248 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur) 124 ton (+2,2 dəfə), Çindən 125 min ABŞ dolları dəyərində (-71 %) 45 ton (-78 %), Perudan 47 min ABŞ dolları dəyərində (+26 dəfə) 24 ton (+26 dəfə), Tailanddan 42 min ABŞ dolları dəyərində 21 ton, Hindistandan 18 min ABŞ dolları dəyərində (-71 %) 6 ton (-75 %) məhsul alıb.
Azərbaycan iki ilin tamamında Tailanddan zəncəfil tədarükünü bərpa edib.