Azərbaycan Tailanddan şüşə tara alışını bərpa edib

Biznes
  • 23 oktyabr, 2024
  • 12:16
Azərbaycan Tailanddan şüşə tara alışını bərpa edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycana xarici ölkələrdən 25,5 milyon ABŞ dolları dəyərində 161,9 milyon ədəd şüşə tara (malın saxlanılması, daşınması və qablaşdırılması üçün) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 13,2 %, kəmiyyət olaraq – 21,6 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 20,8 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 16 % çoxdur) 136,3 milyon ədəd (+23 %), Gürcüstandan 1,6 milyon ABŞ dolları dəyərində (+2,2 dəfə) 8,7 milyon ədəd (+2,3 dəfə), Türkiyədən 1,1 milyon ABŞ dolları dəyərində (-47 %) 4,8 milyon ədəd (-31,8 %), Çindən 529 min ABŞ dolları dəyərində (+25 %) 6,8 milyon ədəd (+28 %), Ukraynadan 445,1 min ABŞ dolları dəyərində (+26 %) 917,2 min ədəd (+20 %) məhsul alıb.

Azərbaycan 2 il 6 aylıq fasilənin ardından Tailanddan (3,5 min ABŞ dolları dəyərində 4,5 min ədəd) tədarükü bərpa edib.

44 - Tezliklə