Azərbaycan Tailanddan MDF lövhələrin alışını bərpa edib

Biznes
  • 12 dekabr, 2024
  • 08:07
Azərbaycan Tailanddan MDF lövhələrin alışını bərpa edib

Bu ilin I yarısında Azərbaycan 39,6 milyon ABŞ dolları dəyərində 10 milyon 918 min kvadratmetr ağaclifli plitələr (MDF) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 % azdır, kəmiyyət olaraq – 5,1 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 25 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6 % azdır) 7 milyon 681 min kvadratmetr (+1 %), Türkiyədən 6,5 milyon ABŞ dolları dəyərində (-2,5 %) 1 milyon 12 min kvadratmetr (+16 %), Belarusdan 5,3 milyon ABŞ dolları dəyərində (-10 %) 1 milyon 689 min kvadratmetr (+4,5 %), Çindən 1,77 milyon ABŞ dolları dəyərində (+3,2 dəfə) 283 min kvadratmetr (+3,4 dəfə), İrandan 714 min ABŞ dolları dəyərində (+23 %) 192 min kvadratmetr (+5,5 %) material alıb.

Azərbaycan 5 il 7 aylıq fasilənin ardından Tailanddan (66,9 min ABŞ dolları dəyərində 38,7 min kvadratmetr) tədarükü bərpa edib.

2023-cü ildə Azərbaycana 14 ölkədən idxal edilmiş 55,7 milyon dollarlıq MDF lövhənin 65,6 %-i Rusiyanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti