Azərbaycan Tailanddan kondisioner alışını kəskin artırıb
- 22 oktyabr, 2024
- 14:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan 63,2 milyon ABŞ dolları dəyərində 247 min 100 ədəd kondisioner idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 31 %, kəmiyyət olaraq – 46 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 53,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 28 % çoxdur) 209 min 637 ədəd (+41 %), Özbəkistandan 4,8 milyon ABŞ dolları dəyərində (+27 %) 20 min 790 ədəd (+57 %), Tailanddan 4,2 milyon ABŞ dolları dəyərində (+86 %) 16 min 251 ədəd (+2,4 dəfə), Türkiyədən 335 min ABŞ dolları dəyərində (+67 %) 254 ədəd (+95 %), Cənubi Koreyadan 76,3 min ABŞ dolları dəyərində (-3 %) 109 ədəd (+47 %) kondisioner alıb.
2023-cü ildə Azərbaycana 17 ölkədən idxal edilmiş 194 min 208 ədəd kondisionerin 88,4 %-i Çinin payına düşüb.