Azərbaycan Tailanddan ətir tədarükünü bərpa edib

Biznes
  • 19 yanvar, 2022
  • 06:06
Azərbaycan Tailanddan ətir tədarükünü bərpa edib

Ötən ilin 11 ayı ərzində Azərbaycan xaricdən 20,322 milyon ABŞ dolları dəyərində 1 min 155,01 ton ətir və tualet suyu alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 43,84 % çoxdur, kəmiyyət olaraq – 7,7 % azdır.

Hesabat dövründə Fransadan 8,159 milyon ABŞ dolları dəyərində 78,5 ton, Polşadan 2,65 milyon ABŞ dolları dəyərində 159,32 ton, Rusiyadan 2,356 milyon ABŞ dolları dəyərində 251,61 ton, İtaliyadan 1,908 milyon ABŞ dolları dəyərində 26,01 ton, İspaniyadan 1,216 milyon ABŞ dolları dəyərində 26,79 ton, Türkiyədən 1,085 milyon ABŞ dolları dəyərində 172,47 ton, Birləşmiş Ərəb Əmirliklərindən 912,9 min ABŞ dolları dəyərində 63,22 ton, Çindən 824,02 min ABŞ dolları dəyərində 306,3 ton, Britaniyadan 413,34 min ABŞ dolları dəyərində 2,38 ton, Amerika Birləşmiş Ştatlarından 233,59 min ABŞ dolları dəyərində 1,09 ton məhsul tədarük edilib.

2020-ci ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə Fransadan tədarük müvafiq olaraq 81,3 % və 54,71 % artıb, Polşadan – 29,87 % artıb və 1,69 % azalıb, Rusiyadan – 21,99 % artıb və 11,36 % azalıb, İtaliyadan – 63,3 % və 52,19 % artıb, İspaniyadan – 60,78 % və 17,29 % artıb, Türkiyədən – 0,84 % azalıb və 3,12 % artıb, Birləşmiş Ərəb Əmirliklərindən – 61,3 % və 43,26 % artıb, Çindən – 16,5 % və 30,87 % azalıb, Britaniyadan – 8,51 % artıb və 15,9 % azalıb, Amerika Birləşmiş Ştatlarından – 2,1 dəfə və 2,1 dəfə artıb. Bir il 9 aylıq fasilənin ardından Tailanddan tədarük bərpa edilib. Bu ölkədən 0,28 min ABŞ dolları dəyərində 0,03 ton ətir alınıb.