Azərbaycan Tailanddan dondurulmuş tərəvəz alışını bərpa edib

Biznes
  • 05 dekabr, 2024
  • 13:29
Azərbaycan Tailanddan dondurulmuş tərəvəz alışını bərpa edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 449,1 min ABŞ dolları dəyərində 258,2 ton dondurulmuş tərəvəz (ispanaq, şəkər qarğıdalısı, kartof, noxud, lobya və s.) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 %, kəmiyyət olaraq – 4 % çoxdur.

Hesabat dövründə Azərbaycan Polşadan 149 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 86 % çoxdur) 74 ton (+61 %), Çindən 137,3 min ABŞ dolları dəyərində (-19 %) 94 ton (-9 %), Belçikadan 54 min ABŞ dolları dəyərində (-58 %) 35 ton (-57 %), Türkiyədən 44 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 28 ton (+3,2 dəfə), Fransadan 35,4 min ABŞ dolları dəyərində (+4 dəfə) 16,8 ton (+4 dəfə) məhsul alıb.

Azərbaycan 4 il 1 aylıq fasilənin ardından Tailanddan (2,1 min ABŞ dolları dəyərində 0,04 ton) tədarükü bərpa edib.

2023-cü ildə Azərbaycana 15 ölkədən idxal edilmiş 136 ton dondurulmuş tərəvəzin 62 %-i Polşanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti