Azərbaycan Tacikistandan kişmiş idxalını bərpa edib
- 10 fevral, 2024
- 08:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana 8,4 milyon ABŞ dolları dəyərində 4 min 71 ton qurudulmuş üzüm (kişmiş) idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 6,1 %, kəmiyyət olaraq – 4,1 % çoxdur.
Hesabat dövründə Azərbaycan Özbəkistandan 4,97 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 23 % azdır) 2 min ton (-31 %), İrandan 3,27 milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 1 min 932 ton (+2,2 dəfə), Türkiyədən 67,18 min ABŞ dolları dəyərində (+43 %) 28,29 ton (+17 %), Tacikistandan 46,2 min ABŞ dolları dəyərində 22 ton, Cənubi Afrikadan 9 min ABŞ dolları dəyərində (+5 dəfə) 3 ton (+6 dəfə) məhsul alıb.
Azərbaycan 11 il 9 aylıq fasilənin ardından Tacikistandan qurudulmuş üzüm tədarükünü bərpa edib.
2022-ci ildə Azərbaycana (5 ölkədən) idxal edilmiş 4 min 548 ton qurudulmuş üzümün 73,6 %-i Özbəkistanın, 25,4 %-i İranın payına düşüb.