Azərbaycan Tacikistandan ərik idxal etməyə başlayıb

Biznes
  • 15 avqust, 2024
  • 07:29
Azərbaycan Tacikistandan ərik idxal etməyə başlayıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 2 milyon ABŞ dolları dəyərində 1 325 ton ərik (təzə) idxal edilb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 7 dəfə, kəmiyyət olaraq – 6 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Özbəkistandan 1,4 milyon ABŞ dolları dəyərində 864,7 ton (bir il əvvəl tədarük olmayıb), Türkiyədən 484 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 77 % çoxdur) 378,2 ton (+73 %), Tacikistandan 83 min ABŞ dolları dəyərində 82,6 ton, Cənubi Afrikadan 1,2 min ABŞ dolları dəyərində (-44 %) 0,15 ton (-44 %) məhsul idxal edib.

Bu il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Tacikistandan tədarük həyata keçirilib.

44 - Tezliklə