Azərbaycan Tacikistana şəkər ixracını kəskin artırıb

Biznes
  • 15 oktyabr, 2024
  • 07:57
Azərbaycan Tacikistana şəkər ixracını kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 19,71 milyon ABŞ dolları dəyərində 25 min 820 ton şəkər ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29,4 %, kəmiyyət olaraq – 24 % çoxdur.

Hesabat dövründə Azərbaycan Türkmənistana 12,47 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 30 % çoxdur) 17 min 408 ton (+31 %), Özbəkistana 4,73 milyon ABŞ dolları dəyərində 5 min 665 ton (bir il əvvəl tədarük olmayıb), Tacikistana 1,73 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 1 min 984 ton (+2,4 dəfə), Rusiyaya 485 min ABŞ dolları dəyərində (-7 %) 465 ton (+13 %), Gürcüstana 185 min ABŞ dolları dəyərində (-92,6 %) 200,5 ton (-94 %) məhsul satıb.

2023-cü ildə Azərbaycandan 15 ölkəyə ixrac edilmiş 31,777 min ton şəkərin 66 %-i Türkmənistanın payına düşüb.