Azərbaycan Tacikistana şəkər ixracını bərpa edib

Biznes
  • 15 avqust, 2023
  • 05:58
Azərbaycan Tacikistana şəkər ixracını bərpa edib

Bu ilin I yarısında Azərbaycandan xaricə 14,75 milyon ABŞ dolları dəyərində 20 min 265 ton şəkər göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 53 %, kəmiyyət olaraq – 36 % çoxdur.

Azərbaycan Türkmənistana 9,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 71 % çoxdur) 13 min 319 ton (+52 %), Gürcüstana 2,5 milyon ABŞ dolları dəyərində (-18 %) 3 min 571 ton (-27 %), Qırğızıstana 1,8 milyon ABŞ dolları dəyərində (+6,5 dəfə) 2 min 564 ton (+5,7 dəfə), Rusiyaya 524 min ABŞ dolları dəyərində (+63 %) 412 ton (+37 %), Tacikistana 294,4 min ABŞ dolları dəyərində 320 ton məhsul satıb.

Azərbaycan 1 il 5 aylıq fasilənin ardından Tacikistana şəkər tədarükünü bərpa edib.